Rusiya və Ukrayna Müdafiə nazirlikləri son vəziyyət - AÇIQLADI

Rusiya və Ukrayna Müdafiə nazirlikləri son vəziyyət - AÇIQLADI Dünya
Ukraynanın Hava Hücumundan Müdafiə sistemləri sıradan çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukraynadakı hərbi bazaların infrastrukturu sıradan çıxarılıb”, - bildirilib.

Nazirlik ukraynalı sərhədçilərin Rusiya Ordusunun hərbçilərinə müqavimət göstərmədiklərini də əlavə edib.

Ukrayna Ordusunun Baş Qərargahı isə yerli vaxtla saat 05:00-dan etibarən Rusiya Federasiyasının hərbi qüvvələrinin Borispol, Ozernoy, Kulbakin, Çuquevo, Kramatorsk və Çernobaevka yerləşən aerodromlarına, həmçinin, hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb.

Açıqlamada Ukrayna Ordusunun öz mövqelərini qoruduğu qeyd olunub.