-
- 24-02-2022, 10:56
- 588
Bakıda qadın yaşadığı evdə qətlə yetirildi
Bakıda qətl törədilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fevralın 23-də saat 11 radələrində Xəzər rayonu ərazisində yaşadığı evdə Sevinc Cəfərovanın kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. /APA/