Bakıda yataqxanada yanğın oldu
    • 24-02-2022, 14:46
    • 921

Bakıda yataqxanada yanğın oldu

Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasında yanğın hadisəsi baş verib.

FHN-dən News24.az-a verilən xəbərə görə, hadisə zamanı binanın 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac və 1 p.m kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.