Londonda Mişel Obamanın avtobioqrafiyasının təqdimatı olub
    • 4-12-2018, 09:54
    • 841

Londonda Mişel Obamanın avtobioqrafiyasının təqdimatı olub

Londondakı “The Royal Festival Hall”da ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın “Təşəkkül” adlı avtobioqrafiyasının təqdimatı olub.

Təqdimat çərçivəsində Mişel Obama yazıçı Çimamanda Qozi Adiçienin suallarını cavablandırıb.
Mişel Obama 2009-cu ildə Böyük Britaniyaya səfərləri zamanı Kraliça Elizabetə qarşı protokol qaydasını pozmasından da danışıb. O deyib: “Protokol qaydasına görə Kraliçaya toxunmamalı idim, lakin o, mənə içəri girin və harada istəyirsiniz əyləşin dediyi zaman bütün qanunları unutdum”.
Qeyd edək ki, təqdimatda iştirak üçün 40 mindən çox bilet satılıb. Kitab Böyük Britaniyada yaşlı oxucular üçün non-fikşn əsərləri reytinqində ilk mövqedə qərarlaşıb.

//AZƏRTAC