Tbilisidə Ukraynaya dəstək aksiyası keçirildi - FOTO
    • 25-02-2022, 01:55
    • 1 065

Tbilisidə Ukraynaya dəstək aksiyası keçirildi - FOTO

Gürcüstanda Ukraynaya dəstək aksiyaları keçirilib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt Tbilisidə, Respublika meydanı və Ukrayna səfirliyinin qarşısında Ukraynaya dəstək məqsədilə genişmiqyaslı aksiya keçirilib.

Ukrayna bayraqları və rəmzləri geyinmiş minlərlə insan həmrəy olduqlarını bildiriblər.

Aksiyada Gürcüstanın və Ukraynanın himnləri səsləndirilib.

Mitinqlər sosial şəbəkədə Rusiyanın bu gün səhər saatlarında Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzə başlamasından sonra planlaşdırılıb.

Paytaxtla paralel olaraq bu gün Gürcüstanın digər şəhərlərində də həmrəylik mitinqləri keçirilib. Batumi, Kutaisi, Zuqdidi, Axaltsix və Qoridə gürcülər ukraynalılara dəstək üçün toplaşıblar.