Bakıda atadan ögey qızına qarşı iyrənc hərəkət – Hamamdan lüt çıxıb...
    • 25-02-2022, 11:15
    • 1 496

Bakıda atadan ögey qızına qarşı iyrənc hərəkət – Hamamdan lüt çıxıb...

Bakıda ögey qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində 1982-ci il təvəllüdlü Yevgeni Biryukov barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə açılmış iş üzrə prosesin yekununda hökm oxunub. Məhkəmənin hökmü ilə ögey qızına qarşı seksual xarakterli hərəkətlər etmiş şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə ifadə verən zərərçəkmiş, 2004-cü il təvəllüdlü Faina Babayeva (şərti ad soyadlı) bildirib ki, hadisə 2021-ci ilin avqust ayında baş verib. Nərimanov rayonu Heydər Əliyev prosepektində yaşadığı evdə ögey atası ilə tək olarkən Yevgeni hamamdan lüt formada çıxıb və ona qarşı müxtəlif zorakılıq hərəkətləri edib, qeyri təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt o, 102-ə zəng edərək məlumat verib.
İlkin ifadəsində 17 yaşlı qız ögey atasının ona qarşı 2018-ci ildən etibarən müxtəlif seksual xarakterli hərəkətlər etdiyini bildirib. Məhkəmədə isə o, Yevgeniyə qarşı əsəbi olduğu üçün belə bir ifadə verdiyini deyib.

Şahid kimi ifadə verən qızın anası da, Yevgeninin Faina ilə cinsi əlaqədə olmadığını, içkili halda pis hərəkətlər etdiyini deyib.