Rusiya Melitopol üzərində tam nəzarəti ələ keçirdi
    • 26-02-2022, 10:57
    • 766

Rusiya Melitopol üzərində tam nəzarəti ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Melitopol şəhəri üzərində tam nəzarəti ələ keçiriblər.

News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə  Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə məlumat verib. 

Bildirib ki, Rusiya hərbi qulluqçuları dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirləri görürlər.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi daha öncə yaydığı məlumatda Rusiya hərbçilərinin Melitopola daxil olduğunu açıqlamışdı.