Ukrayna MN açıqladı - Rusiya tərəfdən 5300 ölü
    • 28-02-2022, 11:58
    • 737

Ukrayna MN açıqladı - Rusiya tərəfdən 5300 ölü

Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar Rusiyanın itkilərini açıqlayıb.

News24.az xəbər verir ki, nazir müavini bu barədə "Facebook"da paylaşım edib.

O bildirib ki, fevralın 24-dən bu günə qədər Rusiya qüvvələrinin 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 "BUK" zenit-raket kompleksi, 21 "Qrad" qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi / qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib. Həmçinin Rusiyanın 5300 nəfər canlı qüvvəsini itirdiyini bildirib.