Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib  - MN
    • 31-10-2020, 16:35
    • 653

Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib - MN

Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.  

Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.