-
- 4-12-2018, 13:00
- 1 257
Xatirə və Məlahət Abbasovanın "süpürgəçi" qalmaqalı - VİDEO
Xəbər verdiyimiz kimi, aktrisa Məlahət Abbasova müğənni Xatirə İslamın geyimini tənqid etdikdən və onun ifasını dinləmədiyini bildirdikdən sonra iki tanınmış xanım arasında qalmaqal yaşanıb.
News24.az-ın məlumatına görə ötən gün X.İslam aktrisanın sözlərinə cavab verərkən onun Türkiyədə süpürgəçi obrazı ilə yaddaşlarda qaldığını bildirib.
İfaçının bu sözlərindən sonra əsəblərini cilovlaya bilməyən M.Abbasova şəxsi instagram hesabında Xatirə İslama cavab verib:
“Bir tikə çörək pulu üçün namusu və şərəfi ilə gecə-gündüz, yağəşda, qarda, istidə küçələri süpürən mənim qeyrətli ağbirçək analarım!
Hamısının öz ayrı hekayəsi, ayrı ağrılı dərdləri var. Amma bilirəm ki, heç bir ana kefindən bu işi seçməz. Süpürgə tutan əllərinizdən öpürəm. Qarşınızda baş əyirəm.
Namusunuzla, şərəfinizlə əlinizə süpürgə aldığınız üçün sizdə utananlar, o ağ saçlarınıza baxıb utansınlar. Kaşki həyatınızla bağlı bir ssenari yaza bilsəydim... Baş rolda özüm oynayardım. Qürur və şərəf duyaraq oynardım vətənimin qeyrətli qadın rollarını”.
Aktrisanın sözügedən paylaşımına X.İslamın da cavabı gecikməyib. Müğənni M.Abbasovaya videomüraciət ünvanlayıb:
“İnsan bir hərəkəti edəndə düşünməlidir. Yoxsa ki, süpürgəçi xanımların şəkillərini ora düzüb, altdan ürək sızladan sözlərlə özünüzə xal qazanmaq istəyirsiz. Bu, çox gülməlidir. Heç həyatınızda 1 dəfə də olsun hansısa süpürgəçiyə, şəhid anasına, xəstə uşağa, qocalar və ya uşaq evinə, ehtiyacı olan insana 1 manat verimiz?
Hal-hazırda süpürgəçidən istifadə edib, onun şəkli ilə ürəklərə girmək istəyirsiniz. Çox gülməlidir.
Nə isə əzizim, bu söhbətləri bağlayaq. Dediyim kimi, məni qoy səngərdə vuruşan əsgərlər, şəhid anaları, çarəsiz, köməksiz insanlar tanısın. Onlar sizdən fərqli olaraq məni tanıyır. Çünki, imkan daxilində onlarla görüşürəm. Siz isə işiniz düşündən düşənə şəkillərini paylaşırsınız.
Bakıda ayda 1 dəfə süpürgəçini maşın vurub öldürəndə niyə paylaşıb, baş sağlığı vermədiz?
Ay Məlahət xanım... Öpürəm sizi. Özünüzə yaxşı baxın. Məncə bu son olsun. Hər şey pərdəli bitsin”.
Teymur MƏMMƏDOV