-
- 2-03-2022, 13:40
- 925
Rusiya qüvvələri Ukraynadakı Avropanın ən böyük AES-ni ələ keçirmək istədi
Bu gün səhər saatlarında Rusiya qüvvələrinə məxsus bir qrup hərbçi Ukraynanın Enerqodar şəhərinə yaxınlaşaraq şəhərin nəzarət-buraxılış məntəqəsinə doğru irəliləyiblər. Yerli sakinlər Rusiya höərbçilərini şəhərə buraxmayıblar.
News24.az UNIAN-a istinadən xəbər verir ki, Zaporojye AES-in sözçüsü Andrey Tuz bildirib ki, AES işçiləri hərbçilərin keçməsinə imkan verməmək üçün yola çıxıblar.
Hərbçilərlə aparılan danışıqlar nəticəsində yerli sakinlər hərbi kolonu geri dönərək oradan çıxmağa məcbur edə biliblər.
Şəhərin meri Dmitri Orlovun sözlərinə görə, Rusiya hərbçiləri mer və yerli sakinlərlə danışıqlar aparıb.
Bildirilib ki, yüeli vaxtla 15:00-da şəhərin sərhəddində daha bir görüş olacaq: "Biz onlara (Rusiya hərbçilərinə) ZNPP və şəhərin etibarlı mühafizə altında olduğu bildirdik. Sakinlər onları bir addım belə şəhərə buraxmayacaqlar. Onlar da rəhbərliklərinə hesabat verməyə getdilər".
Qeyd edək ki, Enerqodar şəhərində Avropanın ən böyük elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyası yerləşir.