“Azərbaycanın Ukraynadakı səfirliyi öz fəaliyyətini davam etdirir” - XİN
    • 2-03-2022, 16:03
    • 1 612

“Azərbaycanın Ukraynadakı səfirliyi öz fəaliyyətini davam etdirir” - XİN

"Azərbaycanın Ukraynadakı səfirliyi öz fəaliyyətini davam etdirir".

News24.az
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda səfirlik Ukraynada ciddi təhlükə ilə üzləşmiş vətəndaşlarımızın təxliyəsi üzrə fəaliyyətini davam etdirir.

Leyla Abdullayeva həmçinin, Ukrayna-Polşa və Ukrayna-Moldova sərhədini keçmiş vətəndaşlarımızın Vətənə gətirilməsi üçün Azərbaycanın Polşadakı və Moldovadakı səfirliklərinə əlavə əməkdaşların yönləndirildiyini bildirib.