-
- 17-03-2020, 21:51
- 893
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlara müraciət edib
Azərbaycanın Ukraynadakı səfirliyi yeni tip koronavirusun (COVlD-19) Ukraynada sürətlə yayılması ilə bağlı bu ölkədə yaşayan vətəndaşlarımıza bir daha müraciət edir.
News24.az xəbər verir ki, Ukraynada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyində “Qaynar xətt”in (+380735050000) "whatsapp"ı yaradılıb və sutka ərzində fasiləsiz fəaliyyət göstərir.