-
- 3-03-2022, 10:34
- 890
Bakıda beynəlxalq gimnastika turnirinin açılış mərasimi baş tutdu
Bakıda akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları turnirinin açılış mərasimi keçirilib.
News24.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin üzvü Yussef Al-Tabba iştirak edib.
İştirakçı ölkələrin bayraqları arenaya gətirildikdən sonra Mariana Vasileva idmançıları salamlayıb:"Əziz idmançılar, hörmətli qonaqlar, xanımlar və cənablar! Sizi Bakıda görməyə çox şadam!
Akrobatika gimnastikası Azərbaycanda ənənəvi idman növlərindən biridir və çox sevincli haldır ki Akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları ilk dəfə olaraq Azərbaycanda keçirilir.
Nə xoş oldu ki, bu yarışlarının açılış mərasimi idman həftəsi çərçivəsinə düşdü. Buraya 24 (iyirmi dörd) ölkədən 438 (dördyüz otuz səkkiz) gimnast toplaşıb. Gənclər və İdman Nazirliyi adından hər kəsə uğurlar, möhkəm sağlamlıq, yeni qələbələr və dünyada sülhün olmasını arzu edirəm".
Ardından isə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin üzvü Yussef Al-Tabba "Sabahın xeyir Bakı!" sözləri ilə hər kəsi salamlayıb: "Əziz idmançılar, məşqçilər və hakimlər, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe adından açılış mərasimində çıxış etmək mənim üçün böyük bir şərəfdir. İlk öncə mən ölkə rəhbərliyinə və Azərbaycan Gimnastika Federasiyasına akrobatika gimnastikasının gələcəyi hesab olunan Dünya Yaş Qrupları yarışlarını təşkil etdikləri üçün təşəkkür edirəm. Mən hamıdan ədalətli yarış və hakimlik prinsiplərinə sadiq qalmalarını xahiş edirəm.Mən həmçinin, Beynəlxalq Gimnastika Federasiyasının heyətinə, yerli təşkilat komitəsinə, könüllülərə və bu tədbirin uğurla təşkil olunmasında əməyi keçən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Bütün iştirakçılara uğurlar arzulayaraq, akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları yarışlarını açıq elan edirəm! Çox sağ olun!
Daha sonra Dövlət Himni səsləndirilib.