-
- 28-03-2020, 01:30
- 1 427
Azərbaycan Gimnastika Federasiyası Fonda 20 min manat ayırıb
Azərbaycan Gimnastika Federasiyası (AGF) Prezident İlham Əliyevin koronavirusla mübarizə ilə bağlı çağırışına qoşulub.
News24.az AGF-yə istinadla xəbər verir ki, federasiyanın işçi heyəti, bədii gimnastika, kişi və qadın idman gimnastikası, akrobatika və batut gimnastikası üzrə yığma komandaların üzvləri, məşqçi və xoreoqraf heyəti, elcəcə də, federasiyanın tibbi personalı öz əmək haqqlarının müəyyən hissəsini Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayırmağa qərar veriblər.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə federasiya tərəfindən 20 min manat məbləğində vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.