Ukraynada evə mərmi düşdü - Uşaqlar öldü
    • 3-03-2022, 10:51
    • 832

Ukraynada evə mərmi düşdü - Uşaqlar öldü

Xarkov vilayətinin İzyum şəhərində mərminin düşməsi nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər ölüb.

News24.az
xəbər verir ki, bu barədə "Facebook"-da İzyum merinin müavini Vladimir Matsokin məlumat verib.

O, həmçinin əlavə edib ki, polis binasına da mərmi düşüb.

Onun sözlərinə görə, şəhərin mərkəzində böyük dağıntılar var.