Spotify Rusiyadakı ofisini bağladı
    • 3-03-2022, 10:59
    • 792

Spotify Rusiyadakı ofisini bağladı

İsveçin internet audiostriminq xidməti Spotify Rusiyadakı ofisini qeyri-müəyyən müddətə bağlayıb.

News24.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, bu qərar Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla bağlı verilib.

Hesabatda həmçinin "Spotify"-ın Rusiya dövlət mediasına məxsus və idarə olunan şouların aşkar etmək imkanlarının məhdudlaşdırıldığı da qeyd edilib.