Bakıda ŞOK HADİSƏ: Kişi arvadını sevgilisi ilə gördü, qətl törətdi
    • 3-03-2022, 11:27
    • 1 672

Bakıda ŞOK HADİSƏ: Kişi arvadını sevgilisi ilə gördü, qətl törətdi

Ötən ilin 8 iyul tarixində günorta saatlarında Bakı şəhəri Binə qəsəbəsində 1980-ci il təvəllüdlü Yadigar Cəfərovun həyat yoldaşı, 1986-cı ildə anadan olmuş Elminaz Mustafayevanı (ad və soyad şərtidir) çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az
-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Y.Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Məhkəmədə törətdiyi əməli etiraf edən Yadigar Cəfərov Elminazı 2007-ci ildə Şirvan şəhərindən qaçırdığını, onunla sevərək ailə qurduğunu və birgə nikahdan 2 övladlarının olduğunu bildirib.

Onlar əvvəlcə Beyləqanda, daha sonra isə Binə qəsəbəsində torpaq alıb ev tikərək Bakıda yaşamağa başlayıblar. Lakin son illərdə ər və arvadın münasibətləri pozulub. Təqsirləndirilən şəxs bildirib ki, ötən il ərzində arvadı uşaqları götürərək bir neçə dəfə ona demədən evi tərk edib. Sonradan Elminaz uşaqları sığınacağa yerləşdirib və başqa şəxslə sevgili kimi yaşamağa başlayıb.

Bir neçə ay əvvəl döyülmə faktına görə Xəzər rayon Məhkəməsinə çağırılan qadın oraya sevgilisi ilə gəlib. Bu zaman Yadigar arvadının yanındakı şəxsi görərək onların evgili olduqlarını dəqiqləşdirib. Bundan sonra Elminaz Binədəki evə gələrək bütün paltarlarını yığıb mənzili birdəfəlik tərk etmək istəyib. Bu zaman onlar yenidən mübahisə ediblər. Mübahisə zamanı Elminaz ərinə “Azad bir quşam, necə istəyirəm elə də yaşayaram”, deyib. Bundan sonra Yadigar Cəfərov pəncərədəki bıçağı götürərək ona hücum edib və çoxsaylı xəsarətlər yetirərək öldürüb. O, daha sonra özünə də bıçaqla zərbələr endirərək intihara cəhd edib.

Məhkəmədə Elminazın sevgi münasibətində olduğu şəxs də şahid kimi ifadə verib. O, qətldən təxminən 6 ay əvvəl Binədə qadınla tanış olduğunu, onun evli olmasını bilmədiyini və həmin qadını sevdiyini deyib. Lakin sonradan Elminaz ona evli olduğunu, 2 övladının olmasını bildirib və məhkəməyə də birgə getmələrini xahiş edib. Bundan sonra da onlar sevgi münasibətlərini davam etdiriblər.