İlon Maskdan “Starlink”lə bağlı Ukraynaya - XƏBƏRDARLIQ
    • 4-03-2022, 02:00
    • 1 195

İlon Maskdan “Starlink”lə bağlı Ukraynaya - XƏBƏRDARLIQ

İlon Mask “Starlink” rabitə sistemi ilə bağlı Ukraynaya xəbərdarlıq edib.

News24.az xəbər verir ki, , o, bu barədə "Twitter'də" paylaşım edib.

Mask “Starlink” rabitə sistemi Rusiya tərəfindən hədəfə alınma ehtimalının yüksək olduğunu bildirib.

“Vacib xəbərdarlıq: “Starlink” hələ də Ukraynanın bəzi bölgələrində işləyən yeganə qeyri-rus rabitə sistemidir, ona görə də hədəfə alına bilər. Zəhmət olmasa, ehtiyatla istifadə edin. “Starlink”i yalnız lazım olduqda yandırın və antenanı insanlardan mümkün qədər uzaqlaşdırın. Aşkarlanmamaq üçün antenanın üzərini yüngül kamuflyaj edin”, - Mask yazıb.