Qanunsuz saxlanılan silahlar aşkarlandı
    • 4-03-2022, 09:36
    • 431

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.