Azərbaycanda doğma qızını illərlə zorlayan ATANIN ŞOK ƏMƏLLƏRİ
    • 5-03-2022, 14:09
    • 1 214

Azərbaycanda doğma qızını illərlə zorlayan ATANIN ŞOK ƏMƏLLƏRİ

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatala rayonun sakini, 1974-cü il təvəllüdlü Rəhman Abdurahmanov barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi il açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə hökm oxunub. Hökmə əsasən 2015-2021-ci illər ərzində yaşadığı evdə 2008-ci il təvəllüdlü doğma qızı Güllü Abdurahmanovaya (şərti adlı) qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş, qızı il dəfələrlə zorla qeyri-təbii yolla cinsi əlaqədə olmuş şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmədə məlum olub ki, R.Abdurahmanov ilk dəfə qızına qarşı 2015-ci ildə - Güllü birinci sinfə gedərkən əxlaqsız hərəkətlər etməyə başlayıb və geridə qalan illər ərzində o, evdə heç kimin olmadığı vaxtlar həftədə 2-3 dəfə qızına qarşı zorakılıq tətbiq edərək onunla cinsi əlaqədə olub. Azyaşlı qız dəfələrlə atasının etdikləri barədə anasına desə də, anası buna inanmayıb. Bəzi hallarda isə qadın həyat yoldaşının övladı ilə şübhəli hərəkətlərini görsə də, buna göz yumub.

Nəhayət ötən ilin sentyabr ayında azyaşlı qız evdə ona qarşı edilənlərlə bağlı dayısının arvadına deyib. Dayısının arvadı da bu barədə qızın əmisinə bildirib. O da öz növbəsində qardaşının doğma övladına qarşı etdikləri barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
 

Qeyd edək ki, R.Abdurahmanov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi martın 1-də başa çatıb. O, məhkəmənin təyin etdiyi 13 il müddətlik cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.