“Aeroflot” bütün beynəlxalq uçuşları dayandırdı
    • 5-03-2022, 17:40
    • 1 578

“Aeroflot” bütün beynəlxalq uçuşları dayandırdı

Rusiyanın “Aeroflot” aviaşirkəti martın 8-dən bütün beynəlxalq reysləri dayandırır.

News24.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb. 

““Aeroflot” uçuşların yerinə yetirilməsinə mane olan əlavə halların yaranması ilə əlaqədar martın 8-dən etibarən bütün beynəlxalq uçuşların müvəqqəti dayandırılması barədə məlumat yayır. Uçuşların dayandırılması, həmçinin “Rossiya” və “Avrora” aviaşirkətlərinin cədvəlindəki beynəlxalq istiqamətlərə də şamil edilir”, - deyə məlumatda qeyd olunub.