-
- 4-12-2018, 17:03
- 930
AQTA: Mənşəyi məlum olmayan 1.6 ton ət məhv edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli Tullantılar” poliqonunda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün yararsız 1.6 ton ət məhv edilib.
Agentlikdən "Report"a verilən məlumata görə, bir müddət öncə AQTA-nın mütəxəssisləri tərəfindən hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Rzaxanov Rasim Ehtiqat oğluna məxsus qanunsuz heyvan kəsimi və emalı müəssisəsində, eyni zamanda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Tac ət” MMC-də monitorinq keçirilib.
Monitorinq zamanı kəskin qoxulu, mənşəyi məlum olmayan heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlaka yararsız olduğu aşkarlanıb.
Hazırda bununla bağlı hüquq mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib.