Vaksinasiya ilə bağlı son vəziyyət
    • 5-03-2022, 18:54
    • 3 228

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 637 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1514, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1631, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 21 214, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1278 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 136 656, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 307 491, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 793 776, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 823 016, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 212 373 nəfər təşkil edir.