Ukrayna-Rusiya danışıqlarının üçüncü raundunun dəqiq tarixi açıqlandı
    • 5-03-2022, 21:45
    • 2 858

Ukrayna-Rusiya danışıqlarının üçüncü raundunun dəqiq tarixi açıqlandı

Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu bazar ertəsi, martın 7-də baş tutacaq.

News24.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya məlumat verib.

"Danışıqların üçüncü raundu bazar ertəsi baş tutacaq", - Araxamiya bildirib.

Daha əvvəl Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu martın 5-də və ya 6-da baş tuta bilər.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin də martın 4-də telefon danışığı zamanı Almaniya kansleri Olaf Şolsa Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundunun bu həftəsonu keçiriləcəyini bildirib. /Report.az/