Məhkəmə “Kontakt Home”un cəriməsini LƏĞV ETDİ
    • 26-07-2019, 18:35
    • 1 016

Məhkəmə “Kontakt Home”un cəriməsini LƏĞV ETDİ

Bakı Apelyasiya Məhkəməsi "ABC Telekom” MMC-nin (“Kontakt Home” mağazalar şəbəkəsi) cərimələnməsi ilə bağlı şikayətinə baxıb.

Bakı Apelyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin şirkətin cərimələnməsi ilə bağlı qərarını ləğv edib. Bununla da inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Yəni, şirkətə cərimə tətbiq olunmayıb.

Qeyd edəkki, bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası "ABC Telekom” MMC-ni (“Kontakt Home” mağazalar şəbəkəsi) cərimələmişdi. /report/