-
- 9-03-2022, 13:23
- 713
"Vogue", "GQ", "Tatler" və digər brendlər Rusiyada fəaliyyətini dayandırdı
Rusiyanın "Condé Nast" multimedia şirkətinə məxsus "Vogue Russia", "GQ Russia", "Tatler", "Glamour", "AD", "CNX" brendləri fəaliyyətini dayandırır.
News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Condé Nast-ın mətbuat xidməti məlumat yayıb.
""Condé Nast" hazırda Rusiyanın "Condé Nast" ASC şirkəti ilə biznes fəaliyyətini dayandırır. "Vogue Russia", "GQ Russia", "Tatler", "Glamour", AD, CNX brendləri fəaliyyətini sonlandırır.
"Condé Nast Store" onlayn mağazası cari sifarişləri yerinə yetirəcək, lakin yeni sifarişlər qəbul edilməyəcək" - deyə mətbuat xidmətindən bildirilib.
Brendlərin fəaliyyətinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.