-
- 5-12-2018, 10:20
- 890
Bakının fasiləsiz işləyən "avtomobil qəbiristanlığı" - FOTO
Əvvəllər Bakıda 8-ci kilometr yaşayış məntəqəsində "maşın bazarı" kimi tanınan yer indi "avtomobil qəbiristanlığı"na çevrilib.
Avtomobillərin istər yeni, istərsə də işlənmiş ehtiyat hissələrini buradan tapmaq mümkündür. Ancaq maraqlı odur ki, işlənmiş ehtiyat hissələr bəzən yenisindən baha satılır.
Həftənin bütün günü açıq olan bazarın təcrübəli satıcılarından biri əvvəlki illərlə müqayisədə hazırda bazarda durğunluq yarandığını bildirib:
"2016-cı ilə qədər xaricdən avtomobillər gətirirdik. Yaxud buradakı istismardan çıxmış avtomobillərin yaxşı vəziyyətdə qalmış hissələrini satırdıq. Həm alıcıya sərf edirdi (hissələr avtomobilin üzərindən çıxdığına, yəni orijinal olduğuna görə), həm də satıcıya. Avtomobilin hissələrini ayırıb satmaqla daha çox gəlir əldə etmək olar".
Başqa bir satıcının sözlərinə görə, əvvəllər bazarda daha çox ölkədə istifadə edilmiş avtomobillərin üzərindən çıxan hissələr satılırdı, indi isə ehtiyat hissələrin əksəriyyəti xaricdən gətirilir:
"Bildiyimiz kimi, Azərbaycanda ən çox istifadə edilən Almaniya və keçmiş SSRİ istehsallı, əksəriyyəti də "Mercedes" və "Lada" markalı avtomobillərdir. Bazara gələn müştərilər sırf avtomobillərin üzərindən çıxan ehtiyat hissələri istəyirlər, çünki həmin hissələr orijinal olur. Bir müddət əvvələ qədər bu cür hissələr tapılırdısa, indi tükənməyə doğru gedir. İndi ehtiyat hissələr xaricdən - Dubay, Gücüstan, İrandan gətirilir. Bu mallar yeni olur, lakin alıcı yenisini istəmir".
O qeyd edib ki, bazarda kimisi maşının ban hissəsini, kimisi mühərrik, kimisi də salon hissələri satır: "Hərdən özümüz də ehtiyat hissələr alırıq. Məsələn, sürücü bazara gələrək avtomobilinin fotolarını göstərir, lazımi ehtiyat hissələr həmin avtomobildə saz vəziyyətdə qalıbsa, müəyyən məbləğə alırıq. Avtomobil bazara gətirildikdən sonra lazım olan hissələri ayırıb götürürük. Ən bahalı ehtiyat hissələr mühərrikdə olur".
Satıcı ehtiyat hissələrin satışını mövsümlə də əlaqələndirib: "Mövsümə görə dəyişdirilən hissələrə daha çox tələbat var. Hazırda sürücülər qış mövsümü ilə əlaqədar avtomobillərində müəyyən dəyişikliklər edirlər. Ən çox dəyişdirilən təkərlər, yan şüşələr, qızdırıcının radiatoru və faralardır. Bunlar mövsümə görə dəyişdirilir. Ümumiyyətlə isə tez-tez dəyişdirilən hissələr əyləc sistemi, feredo, hava filtri və digərləridir".
//Trend