Lavrov: "Elə tədbirlər alacağıq ki, iqtisadiyyatımız ASILI OLMAYACAQ
    • 10-03-2022, 14:40
    • 1 764

Lavrov: "Elə tədbirlər alacağıq ki, iqtisadiyyatımız ASILI OLMAYACAQ"

"Biz heç vaxt Qərb tərəfdaşlarımızdan asılı olmayacağıq. Şirkətlər də siyasi hücumun hədəfi olublar. Elə bir tədbirlər alacağıq ki, iqtisadiyyatımız asılı olmayacaq. Biz neft və qazı heç vaxt silah kimi istifadə etmədik".

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.