1 milyondan çox uşaq Ukraynanı tərk edib - UNICEF
    • 11-03-2022, 10:20
    • 818

1 milyondan çox uşaq Ukraynanı tərk edib - UNICEF

Artıq 1 milyondan çox uşaq Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən ölkəni tərk edib.

News24.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) martın 10-da yayımladığı hesabatda qeyd edilib.

Beynəlxalq təşkilatın məlumatına görə, kiçik ukraynalıların əksəriyyəti ailələri ilə birlikdə Polşa, Macarıstan, Slovakiya, Moldova və Rumıniyaya qaçıb.

Qaçmış uşaqların sayı heyrətləndiricidir, bu, Ukraynada uşaqlar və ailələr üçün vəziyyətin nə qədər çıxılmaz hala düşdüyünü sübut edir. Uşaqlar təhlükəsizlik axtarışındadırlar. Bu, ürək ağrıdır” - deyə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan bildirib.

Fond tərəfdaşları ilə birlikdə 20 min uşaq və anaya kömək məqsədilə Ukraynanın 5 müxtəlif bölgəsində müharibədən zərər çəkmiş 22 xəstəxanaya tibbi ləvazimatların çatdırılmasını vəd edib və bir sıra digər tədbirlər həyata keçirir.