Nurəddin Mehdixanlı: “Şuşa Allahın nəzərində olan şəhərdir”
    • 15-03-2022, 11:29
    • 1 743

Nurəddin Mehdixanlı: “Şuşa Allahın nəzərində olan şəhərdir”

“Şuşa özünəməxsus ruhu olan şəhərdir. Kiçik bir şəhərin içərisindən böyük dövlət, mədəniyyət və sənət adamlarının çıxması möcüzədir. Deməli, Şuşa Allahın nəzərində olan xüsusi enerjiyə malik bir şəhərdir. Şuşada hər zaman hər kəsin gözü olub. Çünki Şuşa Azərbaycanın gözü olub. Dünyaya açılan bir neçə pəncərəmiz olub: Naxçıvan, Gəncə, Təbriz, Ərdəbil, Şamaxı və s. Amma Şuşa tamamilə fərqli bir yerdir”.

News24.az-ın məlumatına görə, bunu “Şuşa ili-2022” tədbrinində  çıxış edən xalq artisti Nurəddin Mehdixanlı deyib.