Sahil Babayevdən yeni TƏYİNAT
    • 5-12-2018, 15:34
    • 1 304

Sahil Babayevdən yeni TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.

News24.az xəbər verir ki, nazirin müvafiq əmri ilə Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov xəbəri xəbəri təsdiqləyib. 

Qeyd edək ki, Fuad Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.