Prezident BMT ilə imzalanmış sazişi təsdiqlədi
    • 16-03-2022, 21:00
    • 1 677

Prezident BMT ilə imzalanmış sazişi təsdiqlədi

Azərbaycanla BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib.

News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb

Fərmanla 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi” təsdiq edilir.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərməlidir.