"Azərişıq" Xırdalanda baş verən qəza ilə bağlı məlumat yaydı
    • 17-03-2022, 15:56
    • 1 517

"Azərişıq" Xırdalanda baş verən qəza ilə bağlı məlumat yaydı

Xırdalan yarımstansiyasında baş verən qəza ilə bağlı "Azərişıq" ASC açıqlama yayıb.

ASC-dən News24.az-a daxil olan məlumatda deyilir:

"Bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib və qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb. Hadisədən dərhal sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ xətlə abonentlərin elektrik enerjisi təchizatı bərpa edilib".