Güclü külək ciddi FƏSADLAR TÖRƏTDİ
    • 17-05-2020, 14:02
    • 856

Güclü külək ciddi FƏSADLAR TÖRƏTDİ

Ötən gecədən müşahidə edilən güclü külək paytaxt Bakıda və bəzi regionlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub, nəticədə bəzi ərazilərdə enerjinin verilişində qısa fasilələr yaranıb. 

News24.az xəbər verir ki, bununla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, 2-ci Zabrat qəsəbəsində ağac Maştağa magistral yoluna çıxan xəttin üzərinə aşaraq 0,4 kV-luq ÖİN kabel xətlərini zədələyib.

Ən çox ziyan Şimal RETSİ-nin ərazisində qeydə alınıb. Külək Quba, Qusar və Xaçmaz rayonlarında da elektrik xətlərinə ciddi ziyan vurub. Bir neçə ərazidə ağaclar elektrik xətlərinin üzərinə aşıb. Quba şəhərində külək beşmərtəbəli binanın dam örtüyünü elektrik xəttinin üzərinə aşırıb. 

Qəza baş verən ərazilərə əlavə mal-materal göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.

“Abonentlərimizdən xahiş edirik ki, baş verən qəza və açılmalarla bağlı dərhal “Azərişıq” ASC-nin 199 saylı Çağrı mərkəzinə məlumat versinlər”, - deyə ASC-dən bildirilib.