Ağadadaş Ağayevin aktyor qohumu onun dəstəyinə ehtiyac duymur
    • 5-12-2018, 17:25
    • 1 930

Ağadadaş Ağayevin aktyor qohumu onun dəstəyinə ehtiyac duymur

Azərbaycanlı aktyor indi də müğənni olmaq istəyir.

"Boyunbağı" serialı ilə məşhurlaşan Həbib Fərəcov özünü müğənni ampluasında göstərməyi planlaşdırır. Bunun üçün hətta studiyaya girərək, sözləri və musiqisi özünə məxsus "Qayıt, gülüm" adlı növbəti mahnısını yazdırıb. 

Amma Həbib News24.Az-a açıqlama verərək, müğənni kimi Azərbaycanda tanınmağın çətin olduğundan bəhs edib - xüsusilə də kişi cincisinin nümayəndələri üçün... Baxmayaraq ki, onun dayısı Azərbaycanın xalq artisti, müğənni Ağadadaş Ağayevdir, ancaq Həbib dayısından dəstək almağı düşünmür. Aktyor "bu vaxta kimi heç atamın dəstəyindən istifadə etməmişəm, o ki, qala dayımdan dəstək istəyim" - deyə, bildirib. 

Müğənni olmağı qarşısına ciddi məqsəd qoyan Fərəcov öz gücünə bu istəyini reallaşdıracağına inandığını deyib:

"İnsanın ən böyük dəstəkçisi Allahdır! Çətin də olsa. bilirəm ki, məqsədimə çatmaq üçün Allah mənə kömək edəcək. Mən bu günə qədər nə etmişəmsə, öz gücümə etmişəm. Ona görə də heç kimin dəstəyinə ehtiyacım yoxdur"!

Qeyd edək ki, bundan öncə H. Fərəcovun "Səndən xəbərsiz" və "Xoş gəldin, gülüm" adlı mahnıları sosial şəbəkələrdə yayımlanıb. 

Azər NƏSİBOV