-
- 18-03-2022, 12:47
- 1 534
Kərim Vəliyev Quru Qoşunlarına baş çəkdi - Foto
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.
Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzinə gəlib, hərbi qulluqçuların taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsi və müasir döyüş üsullarının praktiki tətbiqi məqsədilə real döyüş şəraitinə uyğunlaşdırılmış təlim nöqtələrinə baş çəkib.
General-polkovnik K.Vəliyev təlim nöqtələrində kursantların nəzəri və praktiki biliklərinin artırılması üçün keçirilən dərs prosesinin gedişatını izləyib.
Tədris prosesini müsbət qiymətləndirən Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb, onları qarşıdan gələn Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonra Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirilib.
Görülən işlərin təhlilini aparan Baş Qərargah rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Müşavirədə döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.