Martın 24-dək yağıntılı hava şəraiti davam edəcək, dağlıq ərazilərdə qar yağacaq
    • 21-03-2022, 19:35
    • 1 677

Martın 24-dək yağıntılı hava şəraiti davam edəcək, dağlıq ərazilərdə qar yağacaq

Mart ayının 22, 23, 24-də Lənkəran-Astara bölgəsində-Masallı və Yardımlıda fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı, lakin ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi gözlənilir.

News24.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yağıntılı hava şəraiti ilə əlaqədar bölgənin çaylarında yüksək sululuğun artacağı ehtimal olunur.