“Netflix” Rusiyadakı “App Store” və “Google Play”dən tətbiqini sildi

“Netflix” Rusiyadakı “App Store” və “Google Play”dən tətbiqini sildi
MƏDƏNİYYƏT

23-03-2022, 12:25

Mətn ölçüsü

“Netflix” Rusiyadakı “App Store” və “Google Play”dən öz tətbiqini silib. Artıq hər iki platformada axtarış sistemində xidmətin adı daxil edildiyi zaman proqram görünmür.

Xatırladaq ki, “Netflix” Ukraynadakı vəziyyətlə əlaqədar martın 6-da Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb. Bundan əvvəl məlum olub ki, şirkət Rusiyaya məxsus orijinal layihələr üzərində işini dayandırıb. Onların arasında Svetlana Xodçenkova və Fyodor Bondarçukun rol aldığı “Anna K” dram serialı, Aleksandr Petrovun iştirak etdiyi “Petlya”, Yuri Borisovla “Niçeqo osobennoqo” filmi və Darya Jukun “Zato” kriminal trilleri var.
Bundan əlavə, şirkət martın 1-dən etibarən 20 Rusiya federal telekanalının yayımından imtina edib.