Polşa rusiyalı diplomatları ölkədən çıxarır
    • 23-03-2022, 15:46
    • 2 034

Polşa rusiyalı diplomatları ölkədən çıxarır

Polşanın Daxili Təhlükəsizlik Agentliyi ölkədə kəşfiyyat fəaliyyətində şübhəli bilinən 45 rusiyalı diplomatın siyahısını Xarici İşlər Nazirliyinə təqdim edib.

News24.az-ın xəbərinə görə, bunu Polşa daxili işlər nazirinin mətbuat katibi Stanislav Jarın deyib.

O bildirib ki, agentlik Polşada diplomatik fəaliyyət adı ilə işləyən 45 nəfəri müəyyən edib və onların tezliklə ölkədən xaric olunmasını tələb edir.
Bu məsələ ilə əlaqədar Polşa XİN Rusiya səfiri Sergey Andreyevi çağırıb.

Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın diplomatları ölkədən çıxaracağı təqdirdə cavab addımlarının atılacağını bildirib.