Volodimir Zelenski:
    • 23-03-2022, 16:02
    • 2 024

Volodimir Zelenski: "Nüvə obyektlərimiz təhlükə altındadır"

“Ukraynada 15 nüvə bloku var. Bu gün onların hər biri təhlükə altındadır”.

News24.az-ın xəbərinə görə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində çıxışı zamanı deyib.

“Çernobılda baş verənləri hər kəs xatırlayır. Rus terrorçuları silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernobıl AES-dən istifadə edir”, - dövlət başçısı vurğulayıb.

O bildirib ki, dünya ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda hansı addımlar atacaqları barədə indidən düşünməlidirlər.

V.Zelenski, həmçinin göstərilən dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib: “Bizi bir-birimizdən 8 193 kilometr məsafə ayırsa da, azadlıq arzularımız arasında heç bir məsafə yoxdur”.