Bu gün onların peşə bayramıdır
    • 6-12-2018, 11:18
    • 964

Bu gün onların peşə bayramıdır

6 dekabrı-Rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri, peşə bayramı günüdür.

News24.az xəbər verir ki,1881-ci il 6 dekabr tarixində “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib.

Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər, telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.

Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi artıq 13 ildir ki, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Fürsətdən istifadə edib, çoxminli rabitəçi ailəsini əlamətdar gün münasibətilə edirik!