NATO dörd ölkədə yeni döyüş qrupları yerləşdirəcək
    • 24-03-2022, 18:30
    • 1 713

NATO dörd ölkədə yeni döyüş qrupları yerləşdirəcək

NATO liderləri Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstana dörd yeni döyüş qrupunun yerləşdirilməsi barəsində razılığa gəliblər.

News24.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, bununla Baltik dənizindən Qara dənizədək NATO-nun çoxmillətli döyüş qruplarının sayı 8-ə çatacaq.