Vladimir Jirinovskinin ölüm xəbəri təkzib olundu - Yeniləndi
    • 25-03-2022, 13:29
    • 1 847

Vladimir Jirinovskinin ölüm xəbəri təkzib olundu - Yeniləndi

Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin ölüm xəbəri təkzib olunub.

News24.az
xəbər verir ki, Dumanın spikeri Vyaçeslav Volodin siyasətçinin sağ olduğunu bildirib: "Vladimir Volfoviç Jirinovskinin səhhəti ilə bağlı narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, KT müayinəsindən keçdi. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır".

*** 13:21
Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ölüb.

News24.az
Rusiya KİV-nə istinadən xəbər verir ki, siyasətçi bu gün səhər yerli vaxtla 10:45-də  75 yaşında xəstəxanada dünyasını dəyişib.

Jirinovskinin ölüm xəbərini senator Aleksandr Pronyuşkin də təsdiqləyib.