Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açıldı
    • 25-03-2022, 13:34
    • 1 853

Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açıldı

Zaqatala rayonunun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.