Bakıda küçədə avtomobil yandırılıb
    • 26-03-2022, 12:24
    • 1 828

Bakıda küçədə avtomobil yandırılıb

Bakıda avtomobil küçədə yandırılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə paytaxtın Səbail rayonunda baş verilb.

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə martın 20-nə keçən gecə A.İsmayılov küçəsində Bakı şəhər sakini M.Hüseynova məxsus “Tofaş” markalı avtomobilin mühərrik və şit hisssəsinin yandırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Saatlı rayon sakini S.Məlikov saxlanılıb.

Araşdırma aparılır.