"Adımı hallandırıb, şəklimi yanbayan paylaşmayın" - Sevda Ələkbərzadə
    • 26-03-2022, 12:45
    • 2 977

"Adımı hallandırıb, şəklimi yanbayan paylaşmayın" - Sevda Ələkbərzadə

Xalq artisti Sevda Ələkbərzadə müğənni Türkan Vəlizadənin mahnısının səslənməsi haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

News24.az xəbər verir ki, Sevda Ələkbərzadə İnstaqramda video paylaşaraq Türkan Vəlizadəni tanımadığını deyib:

"Xahiş edirəm ki, mənim adımı heç kimlə hallandırıb, şəklimi yanbayan belə paylaşmayın. Mənim sözlərimdən düzgün nəticə çıxarmısınızsa, bilməlisiniz ki, oradakı ifaçını heç tanımıram. Sadəcə, Azərbaycanın mədəniyyət ocağı, Vaqif Mustafazadə ocağı, rəssamlıq, xalçaçılıq, tarix ocağında... Oraya bir çox turistlər gəlir. Həmin məkanda belə bir musiqinin səslənməsi məni dəhşətə gətirdi.
Bu da Azərbaycanın ən əsas gözəl bayramlarının birində belə bir musiqi... Lap deyək ki, oraya turistlər gəlmir, bizim insanlar, uşaqlar gəlir. Zövqdən danışırıq".

Qeyd edək ki, Sevda Ələkbərzadə İçərişəhərdə baş tutan konsertdə Türkan Vəlizadənin "Ağlıma bir ad gəlir" mahnısını səsləndirməsini tənqid edib.