-
- 26-03-2022, 13:11
- 2 105
Şoyqu infarkt keçirib - ŞOK İDDİA
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qəfil yoxa çıxmasının səbəbləri açıqlanıb.
Bu haqda xarici KİV-lər xəbər verir. 12 gündür harada olduğu açıqlanmayan Şoyqu martın 24-də Putinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında iştirak edib.
Çox qısa müddətdə ekranlarda görünən Şoyqunun çıxışı yayımlanmayıb. Rusiya tərəfi Şoyqu fərziyyələrinin qarşısını almağa çalışarkən bəziləri yayımlanan görüntülərə baxmayaraq Şoyqunun səhhətinin yaxşı olmadığına dair açıqlamalar verib.
Ukrayna tərəfi isə bu iddiaları bir addım da irəli apararaq Şoyqunun xəstəxanada müalicə olunduğunu iddia edib. Bu iddiaları gündəmə gətirən Ukrayna Daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial media hesablarından verdiyi açıqlamada "Şoyqu infarkt keçirib. Bu səbəbdən martın ortalarından bəri ictimaiyyət qarşısına çıxmır. Şoyqu Ukraynadakı hərbi əməliyyatlarda uğursuzluğa düçar olduğu üçün Putinin sərt reaksiyasından sonra infarkt keçirib. Hazırda o, ordunun baş qərargahında müalicə olunur. O, hazırda Nikolay Burdenkonun klinikasındadır”, deyib. /Publika.az/