Rusiya ordusunun alay komandiri özünü GÜLLƏLƏDİ
    • 26-03-2022, 15:11
    • 2 871

Rusiya ordusunun alay komandiri özünü GÜLLƏLƏDİ

Rusiya Silahlı Qüvvələrinin 4-cü tank diviziyasının 13-cü tank alayının komandiri özünü güllələyib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Hadisənin səbəbi avadanlıqların oğurlanması faktlarının üzə çıxması olub. O, məsuliyyətdən yaxa qurtarmaq üçün özünü öldürmək qərarına gəlib.
Xatırladaq ki, bu gün Ukrayna-Rusiya arasındakı müharibənin 33-cü günüdür. /Modern.az/