Azərbaycan XİN: "Misirlə əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik"
    • 28-03-2022, 10:47
    • 648

Azərbaycan XİN: "Misirlə əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik"

Azərbaycan və Misir arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.

News24.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.

“Bu gün Azərbaycan və Misir arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Misirin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Misir arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, - nazirlikdən bildirilib.